Liviyada qanlı toqquşmalar davam edir - 121 ölü, 561 yaralı

14 Aprel 2019 19:36

Liviyada çevrilişə cəhd edən sabiq general Xəlifə Həftarın silahlı birləşmələri ilə ordu qüvvələri arasında 10 gündür toqquşmalar davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, paytaxt Tripoli ətrafında gedən atışmalarda 121 nəfər ölüb, 561 nəfər isə yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Liviyaya tibbi ləvazimatlar və təcili yardım briqadaları göndərəcəyini açıqlayıb.

Milli.Az