Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər

14 Aprel 2019 19:16

Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də qan dövranı sistemi xəstəlikləridir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qan dövranı sistemi xəstəliklərinə görə, ölkəmizdəki ümumi məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir ki, onların da 3-4 faizi uşaqların payına düşür.

"Ümumilikdə qeyd edə bilərik ki, bütün illər üzrə bu xəstəlikdən dünyasını dəyişənlər 58-59 faiz olub" - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, hələlik nazirlik 2018-ci ildə qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərlə bağlı rəqəmləri açıqlamayıb.

Milli.Az