5 mindən çox cücə tələf oldu - Fermada yanğın

14 Aprel 2019 16:44

Xaçmazda quşçuluq fermasında yanğın baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata əsasən,hadisə rayonun Cığatay kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Üç yüz kvadratmetr ərazi yanğından mühafizə olunub, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 500 kvadratmetr olan fermanın 200 kvadratmetri yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

Milli.Az