300 min dollarla Azərbaycandan qaçdı, Rusiyada ələ keçdi

14 Aprel 2019 16:39

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, sərhəd-keçid məntəqəsində saxlanılan azərbaycanlı beynəlxalq axtarışda olub.

O, fırıldaq yolu ilə təşkilata 284 min dollar maddi ziyan vurmaqda ittiham olunur.

Azərbaycanda həmin şəxs haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun Azərbaycana ekstradisiyası ilə bağlı zəruri tədbirlər görülür.

Milli.Az