Almaniya Avropa üçün “problemli uşağa” çevrilib - KİV

14 Aprel 2019 15:25

Əvvəllər hər kəs üçün nümunə olan Almaniya indi Avropa üçün problemli uşağa çevrilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Bild" nəşrində dərc olunan məqalədə müəllif Kay Vayze alman hökumətinin gələn həftə iqtisadi inkişafla bağlı proqnozları dəyişdirəcəyini qeyd edib.

"ÜDM-in gözlənilən iqtisadi artımı 1,8% yerinə 0.5 faiz olacaq", - Vayze bildirib.

Müəllif sözügedən göstəricini "mini inkişaf" adlandırıb.

Nəşr Almaniyanın "nümunə"dən "problemli uşağa" çevrilməsinin bir sıra səbəblərini göstərib: avtomobil sənayesi, bank sektorunun zəifləməsi, Breksit ətrafında qeyri-müəyyənlik və gömrük rüsumları.

Milli.Az