Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir - FOTO

14 Aprel 2019 12:45

Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb. Abdullayevin hazırda kənd qəbiristanlığında dəfn mərasimidir.

Milli.Az