Mənə qarşı təxribat var - Zelenskidən şok açıqlama

14 Aprel 2019 14:19

Mənə qarşı təxribat hazırlandığı üçün "Olimpiya" stadionuna hazırkı prezident Pyotr Poroşenko ilə birlikdə analiz verməyə gəlmədim.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski yerli mətbuata müsahibəsi zamanı deyib.

Zelenski ona qarşı təxribat hazırlanması barədə gizli məlumata sahib olduqlarını qeyd edib.

"Bütün bu seçkilərdən sonra nə vaxtsa mənə qarşı "Olimpiya" stadionunda təxribat hazırlanmasına dair informasiya işıq üzünə çıxacaq", - Zelenski bildirib.

Milli.Az