Finlandiyada parlament seçkiləri başlayıb

14 Aprel 2019 13:40

Finlandiyada yerli vaxtla saat 09:00-da parlament seçkiləri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə ərazisində 911 seçki məntəqəsi açılıb. Əhalinin 36,5 faizi 3-9 aprel tarixlərində vaxtından əvvəl səs verib və ilk öncə məntəqələr baölandıqdan sonra - saat 20:00-da bu səsvermənin nəticələri elan ediləcək.

Finlandiyanın 18 yaşa çatmış hər bir vətəndaşı səsvermə hüququna malikdir. Hər bir seçici şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Ölkə 13 seçki dairəsinə bölünüb. Ölkədə 4 255 466 seçici hüququna malik insan var.

Ümumilikdə parlament seçkilərində 19 partiyanı təmsil edən 2468 namizəd var.

Milli.Az