Pekində də zəlzələ olub

14 Aprel 2019 13:07

Çinin paytaxtı Pekinin şimalında 3,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 12:47-də qeydə alınan yeraltı təkanların episentri Huayjou rayonunda, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az