Messini gördü, oğluna təsəlli verməyi unutdu - FOTO

14 Aprel 2019 12:03

Həftəiçi oynanılan Çempionlar Liqasının "Mançester Yunayted" - "Barselona" oyunundan ilginc görüntülər ortaya çıxıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun 1:0 hesablı qələbə qazandığı matçdan sonra meydan sahiblərinin futbolçusu Romelu Lukakunun anası Adolfine paltardəyişmə otağının karidoruna yollanıb.

Lionel Messinin fanatı olan futbolçunun anası argentinalı ulduzla ilk dəfə qarşılaşıb və onu qucaqlayaraq təbrik edib. Adolfinenin oğluna təsəlli vermək əvəzinə qalib gələn rəqib futbolçunu təbrik etməsi sosial mediada tənqid olunub.

Milli.Az