Fahriye Evcən ana oldu

14 Aprel 2019 11:25

Aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcənin övladı dünyaya gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün oğlu 3 kiloqram 670 qram çəkidə doğulub. Burakla Fahriye oğullarına "Karan" adını qoyub.

Qeyd edək ki, məşhur cütlük 2017-ci ildə ailə qurub.

Milli.Az