Etirazçılar Serbiya haklimiyyətinə 6 gün vaxt verdi

14 Aprel 2019 09:36

Serbiyada kütləvi etiraz aksiyalarının iştirakçıları hakimiyyətə onların tələblərinə "müsbət cavab" üçün 6 gün vaxt veriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar ölkə parlamentinin qarşısında aksiya keçirib.

Bundan sonra ölkənin DİN rəhbəri Neboyşa Stefanoviç deyib ki, prezident Vuçiç çıxıb etirazçılarra müraciət etmək istəyib, lakin "azsaylı insanlar qarşısında çıxış etməyə öyrəşməyib". Nazirin sözlərinə görə, etirazçıların sayı cəmi 7,5 min olub.

"6 gün müddətində vaxt veririk ki, bu hakimiyyəti tələblərimizə müsbət cavab versin. Onlar bizi eşitməsə, biz yenidən daha çox insanla yığışacağıq", - deyə aksiyanın aparıcısı Yuqoslav Kipriyanoviç deyib.

Milli.Az