İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb, yaralanan var

13 Aprel 2019 23:47

İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

"İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib", - deyə Stokholm polisinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.

Milli.Az