İki bacının qətlində iyrənc fakt - 4 il qardaşları tərəfindən... - FOTO

13 Aprel 2019 21:16

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Afyonkarahisar rayonunun Çayüstü kəndində iki bacı - 20 yaşlı Aysel Şahin və 16 yaşlı Xədicə Şahin evlərində başlarından vurulmuş halda tapılıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  hadisədən sonra qızların atası, anası və 4 qardaşı polis idarəsində ifadə verib.

Evin böyük oğlu 21 yaşlı Bayram Şahin ifadəsi zamanı iyrənc əməllərini etiraf edib. Belə ki, o, 2015-ci ildən etibarən bacılarını cinsi istismara məruz qoyduğunu boynuna alıb.

Məlumata görə, Aysel və Xədicə başlarına gətirilən çirkin əməli 4 il valideynlərindən gizlədiblər. Bu yaxınlarda isə bu barədə ata-analarına dedikləri üçün Bayram Şahin onları qətlə yetirib.

Axtarışlar nəticəsində cinayətdə istifadə edilən silah hadisə yerindən 700 metr aralıda toprağa basdırılmış halda tapılıb.

Bacılar ekspertizadan keçirildikdən sonra Ayselin 5 aylıq hamilə olduğu üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az