"Barselona"dan xal itkisi

13 Aprel 2019 20:17

"Barselona" La Liqada növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 32-ci turda səfərdə "Ueska" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

"Ueska" - "Barselona" - 0:0

Bu nəticədən sonra Ernesto Valverdenin komandası 74 xalla 1-ci pillədə qərarlaşıb. 31 oyundan 62 xal qazanan "Atletiko" 2-ci, "Real" 60 xalla (31 oyundan) 3-cüdür.

Milli.Az