Depressiya əleyhinə dərmanlar intihara sövq edir – Son araşdırmaların ilginc nəticələri

13 Aprel 2019 21:32

Depressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir. Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur.

Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur

Universitetin internet saytında yayımlanan məqalədə intiharların kökündə dayanan amillərdən birinin məhz bu həblər olduğu açıqlanıb. Bildirilib ki, anti-depressiya preparatları qəbul edənlərin beyinlərində intihar düşüncəsi peyda olur. Digər tərəfdən də psixoloji gərginlik azalmaq əvəzinə tam əksi müşahidə olunur. Hiss və həyəcan duyğuları soyuqlaşır, mənəvi böhran başlayır.

Sözügedən təhqiqata qədər anti-depressiya dərmanları istifadə edən 18-25 yaş arasında olan gənclərdə 20 mənfi təsirin olduğu iddia olunurdu. Amma son arşdırmalardan sonra məlum olub ki, bu mənfi təsirlər daha böyükdür.
 
Depressiyanı azaldır, amma intihar düşüncəsini artırır

Tədqiqatçılar iştirakçıların 82%-də depressiyanın azalmasını müşahidə ediblər. Lakin qalanlarında intihar meylinin güclənməsi qeydə alınıb. 62 % adamlarda isə duyğu və hislərinin azaldığı, o cümlədən cinsi zəifliyin yarandığı bildirilib. 42%-də "özüm kimi hiss etmirəm", 39%-da  "başqalarının dediklərini vecimə almıram" kimi cavablar verilib. Respondentlərin 55%-i isə preparatlardan azad olmaq istəyindən məhrum olduqlarını bildirib. Araşdırma komandasının əməkdaşlarının son rəyi isə belə olub: "İştirakçıların 13-dən çoxunda bu preparatlardan sonra intihar meyilləri yüksəlib".

Əldə oluna qənaət ürəkaçan olmasa da, illərlə aparılan araşdırmaların nəticəsidir.
 
Qeyd edək ki, Amerika və Avropa həkimləri hələ 2003-cü ildə həyəcan təbili çalaraq bildirirdilər ki, 18 yaşına qədər olan gənclər anti-depressiya preparatlarından istifadə etdikdən sonra intihara meylli olurlar. 2005-ci ilin fevral ayında artıq 18 yaşından aşağı gənclər belə preparatları alarkən xəbərdar olunmağa başladı. 2007-ci ildən etibarən isə belə bir xəbərdarlıq 18-24 yaşarası gənclərə şamil edilməyə başladı.

Milli.Az