Fahriye və Burakın övladı doğuldu

13 Aprel 2019 18:30

Aktrisa Fahriye Evcenin bu gün səhər saatlarında xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Burak Özçivitlə ailəli olan aktrisanın övladı dünyaya gəlib. 

Cütlük 13:30-da doğulan oğluna Karan adını qoyub. 2017-ci ildə nikah masasına oturan Evcen ve Özçivit cütlüyü hazırda ən xoş anlarını yaşadıqlarını yaxınlarına bildiriblər. 

Karan 3,670 kiloqram çəkidə və 52 sm. boyundadır. Doğuş zamanı Evceni tək qoymayan və onunla bilrikdə doğuş otağına gorən Burak göz yaşlarını saxlaya bilməyib.

Milli.Az