Ağ Evin qarşısında özünü yandırmış əlil həbs olundu

13 Aprel 2019 16:53

Elektriklə işləyən əlil arabasında Ağ Evin yanına gəlmiş kişi Ağ Evin hasarının yaxınlığında öz gödəkcəsini yandırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ prezidentlərinin təhlükəsizliyini təmin edən məxfi xidmətin nümayəndələri dərhal odu söndürüb, həmin şəxsə ilk yardım göstərib və onu yerli xəstəxanaya göndəriblər.

Amerika KİV-lərində yayılan son məlumata görə, həmin kişi həbs edilib.

Məxfi xidmət bildirib ki, həmin şəxsin aldığı yanıq zədələri həyat üçün təhlükəli deyil. Onun özünü yandırmasının səbəbləri hələ məlum deyil.

Milli.Az