Sudanda istefalar davam edir - Bu dəfə kəşfiyyat rəisi...

13 Aprel 2019 16:47

Hərbi çevrilişin baş verdiyi Sudanda hakimiyyəti ələ alan Hərbi Şuranın sədri Avad ibn Aufdan sonra Kəşfiyyat Xidmətinin rəisi də istefa verib.

Milli.Az bildirir ki, "Qafqazinfo" "Dunyabulteni.net"ə istinadən xəbər verir ki, rəis Salah Quş postundan ayrıldığını elan edib.

Qeyd edək ki, Hərbi Şuranın rəhbərliyinə dünən Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.

Milli.Az