Astara sakinindən silah götürüldü

13 Aprel 2019 15:53

Astara sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az