Səfəvi dövlətindən əvvəl də şiə dövlətləri olub?

16 Aprel 2019 23:15

Səfəvilərdən əvvəl də müsəlman Şərqində bir neçə şiə dövləti mövcud olmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, tarix kitablarında İslamın ilk əsrlərindən XV əsrə kimi hakimiyyət sürmüş 20-dən şiə sülalənin adı çəkilir: Şimali Afrikada İdrisilər və Fatimilər, Şimali İraq və Şam ərazisində Həmdanilər, İraqın cənub-şərqində Bəridilər, cənubi İraq və İran torpaqlarında Büveyhilər, Mərkəzi İranda Kakuyilər, Kürdüstanda Ali-Hisnəveyh, Təbəristan və Yəmən zeydiləri, Xorasanda Sərbedarlar, Mazandaranda Mərəşilər, Gilanda Kəyailər, Xuzistanda Müşəşəilər, Azərbaycan və ətraf bölgələrdə Qaraqoyunlular hakimiyyət sürmüşlər. Bunlardan əlavə, Elxanilər sülaləsindən Sultan Məhəmməd Olcaytu, Cəlairilər sülaləsindən Sultan Üveys kimi hökmdarlar da şiə məzhəbinə inanmışlar. Lakin bu dövlətlərin heç birinin ərazisi və mövcudluq müddəti Səfəvilər dövləti ilə müqayisə edilə bilməz.

Milli.Az