Müsəlman ölüsünü xristian qəbristanlığında dəfn etmək olarmı?

16 Aprel 2019 22:15

İslam dini müsəlmana sağlığında əhəmiyyət verdiyi kimi, dünyasını dəyişdikdən sonra onun cənzaəsinə də hörmətlə yanaşmağı tələb edir. Müsəlman ölüsü müsəlman qəbristanlığında basdırılmalıdır ki, yaxınları və ümumiyyətlə, qəbristanlığa gələnlər onun da ruhuna rəhmət oxusunlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəlman cənazəsini qeyri-müsəlman qəbristanlığında basdırmaq onu bu ehsandan məhrum etmək deməkdir. Buna görə də, müsəlman ölüsünü qəsdən qeyri-müsəlman qəbristanlığında dəfn etmək icazəli deyil. Amma qəbristanlığın bir hissəsi müsəlmanlara, bir hissəsi isə qeyri-müsəlmanlara aiddirsə, müsəlmanlara aid olan hissədə dəfn edilməsi icazəlidir. Əgər bir müsəlman qeyri-müsəlman ölkəsində vəfat edirsə, imkan dairəsində onu həmin şəhərdə yaxud yaxın şəhərdə, hətta yaxın ölkədə yerləşən müsəlman qəbristanlığına aparmaq lazımdır.

Milli.Az