Dünyada əksər təşkilatlar kiberhücumlara qarşı hazır deyil

16 Aprel 2019 07:21

"IBM Resilient" və "Ponemon Institute" təşkilatların kiberhücumlara qarşı davamlılığı ilə bağlı "Cyber Resilient Organization" dördüncü illik tədqiqatları zamanı aydınlaşdırıb ki, dünyanın müxtəlif ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların 77%-nin vahid reaksiya planı yoxdur. Planı olan firmaların 50%-dən çoxu (54%) isə müntəzəm olaraq təhlükəsizlik testləri keçirmir.

ədqiqatların keçirildiyi illərdə vəziyyət cüzi dəyişib. 2016-cı ildən etibarən hücumlara hazırlıq səviyyəsi 1%-dək dəyişilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yoxlanılmış şirkətlərin əksəriyyətində kiberhücumlara qarşı müdafiə planı üzrə məsuliyyət daşıyan mütəxəssislərin çatışmazlığı aşkar edilib. İnformasiya təhlükəsizliyi bölməsi əməkdaşlarının mükəmməl və real sayı arasındakı fərq orta hesabla 10-20-yə bərabərdir.

İnformasiya texnologiyaları sahəsində işləyən mütəxəssislərin 75%-i bildirib ki, bu sahədə ixtisaslaşmış əməkdaşları tapıb saxlamaq son dərəcə çətindir.

Şirkətlərin 46%-i 2018-ci il mayın 25-də qüvvəyə minmiş məlumatlar təhlükəsizliyi üzrə ümumi reqlament (GDPR) qanununun tələblərinə riayət etməyiblər.

Milli.Az