Hamilə Fahriye xəstəxanaya düşdü

13 Aprel 2019 17:33

9 aylıq hamilə olan Fahriye Evcen və Burak Özçivitin Karan adını qoyacağı övladı bu gün dünyaya gələcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa səhər saatlarında İstanbulun Nişantaşı bölgəsində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Maqazin dünyasının ən məşhur cütlüklərindən olan Evcen və Özçivit oğlunu qucağına almağı səbirsizliklə gözləyir. Cütlüyə yaxın olan mənbənin verdiyi xəbərə görə hələ doğuş otağına alınmayan aktrisanı əri də tək qoymayıb.

Xəstəxanada yoxlanışda olan Evcenin bu gün övladını dünyaya gətirəcəyi bildirilib.

Milli.Az