“Real”da mart ayının ən yaxşı futbolçusu bəlli oldu

13 Aprel 2019 17:45

"Real"da mart ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az xəbər verir ki, Kərim Benzema Madrid təmsilçisinin heyətində ötən ayın ən yaxşı futbolçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Martda "Real"la 5 qarşılaşmaya çıxan Benzema, bu oyunlarda 3 qola imza atıb. Fransız hücumçu yanvar ayının da ən yaxşı futbolçusu seçilmişdi.

Milli.Az