Türkiyənin daxili işlər naziri istefa verməyə hazır olduğunu bildirdi

13 Aprel 2019 13:27

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verməyə hazır olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, müxalifət bələdiyyə seçkilərindən sonra polisin İstanbulda evlərdə axtarışlar apardığını sübut eləsə, istefa verəcək.

O bəyan edib ki, bu müddət ərzində polis axtarışlar və reydlər həyata keçirməyib.

Qeyd edək ki, bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdən sonra İstanbulda bir sıra evlərdə axtarışların həyata keçirildiyini demişdi.

Milli.Az