Avropa İttifaqında aparılan tikintinin həcminə görə lider ölkələr

15 Aprel 2019 02:30

Bolqarıstan illik tikinti məhsullarının həcminin artımına görə Avropa İttifaqında 8-ci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropanın Statistika Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yanvarında Bolqarıstanın tikinti sektorunda məhsulların həcmi 0,9 faiz artıb. Avropa İttifaqı ölkələri arasında bu rəqəm ən çox Macarıstan (29,2 faiz), Hollandiya (5,5 faiz) və Sloveniyada qeydə alınıb. Eyni zamanda, ən çox azalma Çexiya (13,3 faiz), Rumıniya (5,1 faiz) və Almaniyada (3,5 faiz) müşahidə olunub. Ümumi illik rəqəmlərə əsasən Avropa İttifaqında tikintinin həcmi 0,7 faiz artıb.

Milli.Az