"Barselona"da 6 ciddi itki

13 Aprel 2019 18:15

"Barselona"nın 6 futbolçusu La Liqanın 32-ci turunda "Ueska" ilə oyunu buraxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lionel Messi, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Luis Suarez və Serxi Roberto sözügedən matç üçün heyətə daxil edilməyib. Baş məşqçi Ernesto Valverdenin qərarı ilə burun sümüyündə çat olan Messi və Buskets "Ueska" ilə görüşdə iştirak etməyəcək. İvan Rakitiç qızdırması, Luis Suares və Jerar Pike cəzalı, Serxi Roberto isə zədəli olduğu üçün heyətə salınmayıb.

Qetyd edək ki, "Ueska" - "Barselona" qarşılaşması sabah keçiriləcək.

Milli.Az