Azərbaycanlı müğənninin toyunda yaşananlar - FOTO

13 Aprel 2019 11:08

Müğənni Leyla Ramazanlının toyu olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi fotoqraf Kamran Aydınovla ailə qurub. Toy şəhər otellərinin birində baş tutub.

Gecəyə şou-biznes nümayəndələri də qatılıblar. Müğənnilər mahnıları ilə səbəbkarları təbrik ediblər.

Qeyd edək ki, Leyla 5 il Kamranla sevgili olduğunu bildirib.

Milli.Az