Bakıda 2 "Hyundai", 1 "Range Rover" toqquşdu: yaralı var - VİDEO

13 Aprel 2019 10:09

Paytaxtın Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şərifzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Ə.Əhmədov küçəsində yüksək sürətlə hərəkətdə olan "Hyundai Tucson" markalı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olub. 

O, əvvəlcə "Range Rover", daha sonra digər "Hyundai" markalı avtomobillə toqquşub. Nəqliyyat vasitəsi yol kənarındakı nişana dəydikdən sonra dayanıb.

Hadisə zamanı "Hyundai Tucson" markalı avtomobildə olan sərnişin xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda zəncirvari qəza - 1