Avtomobil ağaca çırpıldı

13 Aprel 2019 09:18

Zaqatalada yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Muğanlı kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Milli.Az