Nazarov 12 dəqiqə oynadı

13 Aprel 2019 09:14

Almaniya 2-ci Bundesliqasında 29-cu tura start verilib.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" evdə "Haydenhaym"a 0:1 hesabı ilə uduzub.

Nazarov 78-ci dəqiqədə meydana daxil olub və 1 dəqiqə sonra sarı vərəqə alıb.

Qeyd edək ki, "Aue" 32 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Milli.Az