Əlcazairdə etiraz aksiyaları zamanı 108 nəfər saxlanılıb

13 Aprel 2019 08:48

Əlcazairdə polislər kütləvi nümayişlərdə iştirak edən 108 nəfəri saxlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Sənəddə qeyd edilir: "Hazırda 108 nəfər saxlanılıb".

Qarşıdurma zamanı 27 polis əməkdaşı xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Milli.Az