Sudanda etiraz aksiyaları zamanı 16 nəfər ölüb

13 Aprel 2019 08:28

Sudanda son iki gün ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "əl-Hədəs" telekanalı xəbər verir.

Telekanalın məlumatına əsasən, ölüm hallarının hamısı ölkənin paytaxtı Xartumda qeydə alınıb.

Qeyd edək ki, Sudanda etiraz aksiyaları 2018-ci ilin dekabr ayından davam edir. Etirazlar çörəyin və digər məhsulların qiymətinin qalxması ilə əlaqədar başlayıb.

Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib. Bundan əlavə o qeyd edib ki, ölkədə 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.

Milli.Az