Birmərtəbəli evdə yanğın olub

12 Aprel 2019 21:53

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin zirzəmisində ev əşyaları 8 m² sahədə yanıb, tavan 30 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az