Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşlarına qadağa qoyulub

12 Aprel 2019 21:07

Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşuna qadağa qoyulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qadağaya səbəb həmin şirkətlərin təhlükəsizliyə dair Avropa sertifikatının olmamasıdır. Bunlar "Tandem Aero SRL", "Valan ICC SRL", "Aim Air SRL", "Oscar Jet SRL", "Air Stork SRL", "MEGAviation SRL", "Pecotox-Air SRL", "Терра Авиа SRL", "Fly Pro SRL", "Moldaeroservice и Diplomat Air SRL" aviaşirkətləridir. Qadağa ilə bağlı qərar artıq qüvvəyə minib.

Milli.Az