Veliko Tırnovo Bolqarıstanın tarixi və mənəvi paytaxtı kimi tanınıb

12 Aprel 2019 21:01

Bolqarıstanın Veliko-Tırnovo şəhəri parlamentdə keçirilən səsvermə nəticəsində ölkənin tarixi və mənəvi paytaxtı kimi tanınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "QERB" Partiyası tərəfindən verilən təklif bütün partiyalar tərəfindən yekdilliklə qəbul edilib. Parlamentin qərarı Tırnovo Konstitusiyasının 140 illiyi ərəfəsində rəmzi jestdir və qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur.

Qeyd edək ki, 1879-cu il fevralın 10-da qəbul edilən Tırnovo Konstitusiyası əsasında yeni bolqar dövlətinin əsası qoyulub. 1908-ci il sentyabrın 22-də isə Tırnovo knyazı Ferdinand Bolqarıstanın müstəqilliyini elan edib.

Milli.Az