Soydaşlarımız Rusiya iqtisadiyyatının gənc liderləri reytinqinə daxil olublar

12 Aprel 2019 21:26

Soydaşlarımız Rusiya iqtisadiyyatının gənc liderləri reytinqinə daxil olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın müstəqil "Institut Choiseul" analitik mərkəzi "Choiseul 100 Rossiya" adlı Rusiya iqtisadiyyatının gənc liderlərinin reytinqini dərc edib. Metodologiya şəxsi nailiyyətləri, Rusiya iqtisadiyyatının transformasiyasına verilən töhfəni və 40- yaşınadək olan rusiyalı namizədlərin potensialını ehtiva edir.

İlk 100 lider arasında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov, "Sberbank"ın böyük vitse-prezidenti Cahangir Cahangirov, "Expecto.me" şirkətinin sahibi Rəhim Əhədov, Uzaq Şərqdə İnsan Kapitalının İnkişafı Agentliyinin baş direktorunun müavini Həsən Həsənbalayev də var.

"Choiseul 100 Rossiya" reytinqi "Choiseul 100 France"ın analoqudur və müxtəlif dövlətlərin gənc liderləri arasında biznes əlaqələrinin vahid şəbəkəsinin yaradılmasına xidmət edir.

Milli.Az