Həyat yoldaşınızın beş xüsusiyyətini saya bilərsinizmi?

13 Aprel 2019 21:05

Həyat yoldaşınız qəflətən özü haqqında sizə suallar versə, cavabınız necə olar? Ya da heç olmasa, onun beş xüsusiyyətini saya bilərsinizmi? Bəlkə də belə bir sualla ilk dəfədir ki, qarşılaşırsınız? Ancaq ailə həyatı quran hər kəs həyat yoldaşının ən azı beş xüsusiyyətini bilməli və lazım gəldikdə bu xüsusiyyətləri saymaqda çətinlik çəkməməlidir.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, əgər yoldaşınızı sevindirmək istəyirsinizsə, onun suallarına indidən cavab hazırlayın. Əgər istəsəniz, əvvəlcə bizim təkliflərimizdən sizə uyğun olanlarını seçin, sonra isə qalanlarını siz özünüz əlavə edin:

1) Səhər evdən çıxanda da, axşam evə qayıdanda da gülərüzdür;

2) Nə olursa-olsun, mənə həmişə sevdiyini hiss etdirir;

3) Axşamlar ya mənimlə, ya da uşaqları ilə gəzintiyə çıxır;

4) Kiçik də olsa, həmişə mənə hədiyyələr alır;

5) İstər ev, istərsə də çöl işlərində mənə kömək etməyi unutmur...

Digər tərəfdən, həyat yoldaşı seçərkən təkcə yaxşı xüsusiyyətlərini yox, oxşar xüsusiyyətlərini də nəzərə almalısınız. Ancaq bu cür bir-birinizi başa düşə, yaxud da bir-birinizi tanıya bilərsiniz.

Milli.Az