Ailə səadəti üçün qızıl qaydalar

13 Aprel 2019 19:25

1. Həyat yoldaşınızda həm sizə, həm də özünə qarşı inam təlqin edin. Bir sözlə, ona inandığınızı hiss etdirin.
2. Xoşbəxtliyiniz üçün hər şeyi ondan gözləməyin. Milli.Az gencaile.az-a istinadən bildirir ki, siz də bir quşun ikinici qanadı olmağa çalışın.
3. Təmizlik imanın yarısı, sevginin isə əsasıdır.
4. Həyat yoldaşınızı onun qiymətləndirdiyi şeylərlə mükafatlandırın.
5. Özünüz üçün arzuladıqlarınızı həyat yoldaşınız üçün də istəyin. Özünüzü düşündüyünüz qədər onu da düşünün.

6. Onun sizə göstərdiyi diqqətin, hörmətin və sevginin əvəzini verin. Ancaq verdiyinizdən çox almağa çalışmayın.
7. Həyat yoldaşınıza davranışlarınızla nümunə olun. Bunu yalnız dilinizlə deyil, davranışlarınızla da isbat edin.
8. Həyatınızda baş verən xoşagəlməz hadisələrdə bir-birinizi günahlandırmayın. Necə deyərlər, problemin həllinə həmişə ədalətlə yanaşın.
9. Keçmişdə yaşadığınız problemləri, ya da gələcəkdə yaşayacağınız qayğıları bu günə daşımayın.
10. Nikahın müqəddəs bir ittifaq olduğunu hər iki tərəf bilməlidir. Buna görə də, atacağınız addım sizi məyus etməməlidir. Yüz ölçün, bir biçin.

Milli.Az