Bu yağlar ölüm riskini artırır - SOS

12 Aprel 2019 23:40

Trans yağ səviyyəsi çox olan qidalar, ürək tutması riskini 3 dəfə artırmaqla ölümə səbəb olur.

Milli.Az medicina.az-a istinadən bu yağlar haqda məlumatı təqdim edir:

Trans yağlar infarkt, insult, cinsi zəiflik kimi xəstəliklərlə nəticələnir. Bəzən yağ alarkən onun tərkibi ilə elə də maraqlanmırıq. Hətta əksəriyyətimiz bahalı yağın daha keyfiyyətli olduğuna inanırıq. Mütəxəsislərin sözlərinə görə, daha keyfiyyətli olanı məhz kərə yağıdır. Trans yağlar hazır qidaların tərkibində daha çoxdur. Buna görə də diqqətli olmaqda fayda var. 

Trans yağlar orqanizmdəki yağ balansını pozur, qanda xolesterinin səviyyəsini artırır və damar sərtləşməsinə səbəb olur. Bilavasitə ürək damar sistemini təhdid altında saxlayır.

Mətbəximizin düşmənidir

Ümumdünya səhiyyə təşkilatının yeni hədəfi trans yağlardır. Tort, qurabiyə, biskvit, pizza, qızardılmış yeməklər və şəkərli qidalarda daha çox trans yağlar var. Təşkilatın statistikasına görə, hər il trans yağlardan 540 min ölüm faktı qeydə alınır. Bu səbədən də qrum 2023-cü ilə kimi trans yağların istifadədən çıxarılmasını planlayır. Sözgedən yağlar 34% ürək damar xəstəliklərinin səbəbkarıdır. Dünyanın 45 ölkəsində trans yağlara qarşı mübarizəyə aparılır. Lakin dünya əhalisinin 2/3  hələ də sənaye üsulu ilə əldə olunan yağlardan istifadə edir.

DİQQƏT! "TRANS YAĞ YOXDUR" YAZISI AXTARIN

Qida paketlərinin üzərinə tərkibi haqqında yazı qeyd olunur. Meyvə - tərəvəz, taxıl bitkiləri, az yağlı qidalar, süd və süd məhsulları yeyin. Şəkərli qidalar və içkilərdən uzaq durun!

Milli.Az