Ən yaxşı fotolar seçildi - FOTO

13 Aprel 2019 10:32

Hollandiyanın paytaxtı Amsterdamda "World Press Photo Awards Show" mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şahzadə Konstatin və xanımı şahzadə Laurentinin də qatıldıqları mərasimdə "World Press Photo Awards" mükafatları təqdim olunub.

"İlin fotosu" mükafatı fotoqraf Con Mura verilib. O, ABŞ sərhədində ağlayan 2 yaşlı honduraslı qızcığazın fotosuna görə mükafatlandırılıb.

Milli.Az