15 yaşlı qızı maşın vurdu

10 Aprel 2019 22:11

Göyçayda azyaşlı qızı avtomobil vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzində baş verib.

Rayonun Şəadət kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Aynaz Toğrul qızı küçədə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az