Səyahət həvəskarlarının sevimli məkanı, 5 min illik tarixə malik Sündü kəndindən FOTOREPORTAJ

21 Aprel 2019 22:49

Azərbaycanda əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarlarının ən çox səyahət etdiyi məkanlardan biri də Qobustan rayonunun Sündü kəndidir.

Qədim yaşayış yerlərindən sayılan Sündü kəndi 5 min illik tarixə malikdir. Buradan tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Kənd ərazisində 920-ci ilə aid məscid, sığınacaq yeri olan mağaralar, orta əsrlərə aid məzarlıq və şəlalələr var. Hamının diqqətini çəkən mağaralar kəndin cənubunda Qəhlə və Qəzənfər dağlarında yerləşir.

Milli.Az AZƏRTAC-a istinadən İradə Qədirovanın Sündü kəndində səyahət zamanı çəkdiyi fotoları təqdim edir.

Milli.Az