21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşov "Benfika"nın maraq dairəsinə düşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın "maisfutebol.iol.pt" saytı məlumat yayıb. Bildirilir ki, Lissabon klubu hazırda Sequnda təmsilçisi "Eştoril"də çıxış edən 19 yaşlı hücumçunun oyununu yaxından izləyir.
Qeyd edək ki, ötən ilin yayında "Ayntraxt"dan "Eştoril"ə keçən Renat bu mövsüm meydana çıxdığı 24 oyunda 4 qol vurub.
Milli.Az