ABŞ Avropanı “ticarət müharibəsi” ilə hədələdi

9 Aprel 2019 09:57

ABŞ-ın Ticarət Nümayəndəliyi (USTR) Avropa İttifaqına qarşı yeni rüsumların tətbiqini nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, Ümumdünya Ticarət Təşkilatı Avropa İttifaqının Fransanın "Airbus" şirkətini subsidiyalaşdırmasının ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini müəyyən edib və bu barədə dəfələrlə rəsmi Brüsseli xəbərdar edib.

Hesablamalara görə, Avropa İttifaqının subsidiyaları ABŞ iqtisadiyyatına hər il 11 milyard dollara yaxın ziyan vurur.

Ticarət Nümayəndəliyi yeni rüsumların hansı Avropa məhsullarına şamil olunacağını müəyyən etməkdən ötrü 1974-cü il Ticarət Aktının 301 saylı maddəsi əsasında iş qaldırıb. Avropa İtifaqı subsidiyaları aradan qaldırmayacağı təqdirdə əlavə rüsumların tətbiq olunacağı bildirilir.

Milli.Az