Ərdoğan: "İstanbuldakı seçkilər saxtalaşdırılıb"

8 Aprel 2019 19:06

İstanbuldakı seçkilərin nəticələri, demək olar ki, tamamilə saxtalaşdırılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, ntv.com.tr portalının məlumatına görə, bu fikirləri Moskvaya səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, günahkarların üzə çıxarılması üçün Ədalət və İnkişaf Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib.

O əlavə edib ki, hakim partiya seçicilərin aldadılmasına imkan verməyəcək.

"Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur".

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrem İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Milli.Az