«Altılıq» İranla bağlı razılığa gələ bilmədi
9 Aprel 2010 13:50
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, "altılıq" üzvləri yekdil fikrə gələ bilməyib. İlk gündə yeganə nəticə 6 ölkənin BMT-dəki səfirlərinin müzakirələri davam etdirmək haqda qəbul etdikləri qərardır.
Xatırladaq ki, "altılıq"da ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya təmsil olunur.
Milli.Az