Tövbəni pozduqdan sonra yenidən tövbə etdikdə, Allah tövbəni qəbul edirmi?

14 Aprel 2019 21:20

Tövbəni pozduqda yenidən tövbə etmək və şəriətdə buyurulan qaydada günahlardan çəkinməyə çalışmaq lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
"Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər". (əl-Furqan, 70).
Milli.Az