Qanda xolesterolu azaldan bitkilər

13 Aprel 2019 19:20

Xolesterol orqanizm üçün yararlı maddədir, amma normadan artıq oduqda bəzi patologiyalara səbəb olur. Normadan atrıq xolesterol damar divarını daraltdığına görə ilk növbədə urək-qan-damar sistemi xəstəliklərinə yol açır. Hesablamalara görə hər 10 adamdan 6-sı müxtəlif səbəblərdən xolesteroldan əziyyət çəkir. Qanda xolesterolun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
- alkohol qəbulu
- şəkər xəstəliyi
- siqaret
- artıq çəki
- böyrək xəstəlikləri.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qanda xolesterolun səviyyəsini azaltmaq üçün müxtəlif kimyəvi və sintetik dərmanlardan istifadə edilir. Bəzi bitki və qida maddələri də vardır ki, onlar vasitəsilə də xolesterolun miqdarını normaya salmaq olur.
* Sarımsaq xolesterolu aşağı salmaqla yanaşı, qan damarlarının divarını təmizləyir və ürək xəstəlikləri riskini aradan qaldırır.
Bunun üçün 4 diş sarımsaq, gün ərzində 1 diş olmaqla 4 dəfəyə yeyilir.
* Çörəkotu xolesterolu aşağı salmaqla yanaşı, qanda eritrositlərin çökməsini normallaşdırır. Bu səbədən də qanın damarlarda sağlam axınını təmin edir, ürəyə rahatlıq verir.
Bunun üçün gündə 1 dəfə 15 qram çörəkotu yeməkdən əvvəl az miqdar su ilə yeyilir.
* Ənginar yarpağı xolesterolu azaltmaqla qara ciyəri artıq piylərdən təmizləyir.
Bunun üçün 1 çay qaşığı ənginar yarpağı stəkana tökülür,  üzərinə 150 ml qaynar su əlavə edilib, 10 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir.
* Sarı və qara qarnıyarıq otunun toxumlarının dəmləməsi bağırsaqların fəaliyyətini artıraraq qanda xolesterolu aşağı salır.
Bunun üçün yeməkdən əvvəl 1 xörək qaşığı toxum 1 stəkan su ilə içilir və ya 1 çay qaşığı toxum 1 stəkan qaynar suda dəmlənib içilir.
Yuxarıda adları çəkilən bitki müalicəsinə kömək məqsədilə xolesterolunu azaltmaq istəyən şəxs spirtli içki qəbulu dayandırılmalı, duru yağlardan istifadə etməli, gündə ən azı 1 saat piyada gəzməlidir.
Milli.Az